Sevdası mənimdir, sözü dünyanın
Alovu mənimdir, közü dünyanın.
Dolanıb gəlsə də düzü-dünyanı,
Yenə xatirələr qəlbimə sinər.
Ayrılıq zalıma nuş olmuşam ki,
Yuvaı dağılan quş olmuşam ki...
O qədər kədərə tuş olmuşam ki,
Azacıq fərəhdən könlüm isinər.
Sevgini verən də, allan da Allah,
Həsrətin zülmündən hey çəkirsən ah.
Ruhun qulağıma pıçıldayır, bax
Mən qurban olaram sənin səsinə.
14.11.2018
Kayıt Tarihi : 16.11.2018 16:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!