Əriyərək gilə-gilə yaşadım,
Göz yaşımı silə-silə yaşadım.
Ay əzizm, bilə-bilə yaşadım,
Öz ömrümü mən kəpənək-kəpənək.
Bir kimsəyə könlünü verməmisən,
Çöl-çəmənin çiçəyin hörməmisən.
Sanki heç vaxt belə toy görməmisən,
Hey süzürsən sən kəpənək -kəpənək
Nə yaxşı ki qovuşmuşam elimə,
Dağdan gələn qüvvətli nur selimə.
Ayrılıqdan saralmış gur telimə,
Sığal çəkər dən kəpənək -kəpənək.
Kayıt Tarihi : 6.4.2025 09:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!