İsindi payız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

İsindi payız

Sular irmaq altında,
Qara torpaq altında.
Sarı yarpaq altında,
Gizləndi, sindi payız.

Yağışın zərbəsindən,
Küləyin hərbəsinsən,
Günəşin zərrəsindən
Deyən isindi payız.

Indi bir az yaxşıyam,
Gələcəyin baxşıyam.
Ürəyimi oxşayan
Sənin səsindi payız.

Təpələri düzləyən,
Addımını izləyən,
Yollarını gözləyən
Sevən kəsindir payız.

Eh, hanı sirdaşlarım,
Dostlarım, yoldaşlarım.
Ağlatma, göz yaşlarım
Daha bəsindir, payız.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.9.2019 14:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu