Həsrətindən bezib, doyub,
Ayrılığın gönün soyub,
Başımı çiyninə qoyub
Hönkürmək istəyirəm.
Döndüm şairə, yazara,
Düşdün sağalmaz azara.
Gözümü dikib məzara,
Hönkürmək istəyirəm.
Fələk səni məndən çalıb,
Könül xəyallara dalıb.
Arzularım qəlbdə qalıb,
Hönkürmək istəyirəm.
Kayıt Tarihi : 26.5.2022 08:20:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!