Höre-höre gelmişim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3294

ŞİİR


23

TAKİPÇİ

Höre-höre gelmişim

GƏLMİŞƏM

Bu dünyanın əzabını
Görə görə gəlmişəm.
Bu dünyanın xəzanını
Hörə-hörə gəlmişəm.

Biri sarı,biri aldı,
Hansı yaxşı.özün seç.
Qurduğun uçurum yoldu
Özün atla, özün keç.

Nə işim var sənin ilə
Qaranlığı dolaşım.
Dostlaşıb sis, çənin ilə
Dərə keçim, yol aşım.

Həyat mənə elə-belə
Daha rahatdı, dostum.
Azadlığı verməm yelə,
Tufan da yatdı, dostum.

Bir də çətin görüşərik
Bu dünyada sənlə mən.
Ayrılığa olluq şərik,
Saralar yaşıl çəmən...

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu