Heyecanlıyam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3104

ŞİİR


21

TAKİPÇİ

Heyecanlıyam

Neynəyim.Həmişə vüsal canlıyam,
Xoş görüş ümidli, fərəh anlıyam.
Dön deyə bilmirəm.Həyəcanlıyam,
Necə də titrəyir dodaqlarım da.

Əzrail qılıncın baxta vurubdur,
Qara qan üzümdə laxta durubdur.
İndi təbəssümü şaxta vqurubdur
Quruyub qalıbdır yarpaqlarımda.

Günəş işığını qara saçıbdır,
Gündüzdən gizlənib hara qaçıbdır..
Ağappaq simamda şırım açıbdır,
Göz yaşı iz salıb yanaqlarımda.

Hanı yol gözləyən o sarışın qız,
Qalıb uzaqlarda tənha və yalqız.
Baharım gəlməmiş yetişdi payız,
Hələ gül açmayıb budaqlarım da.

Ah, elə zalımdır huyu da yoxdur,
Məkanı səhradır.Quyu da yoxdur.
Aman, bircə udum suyu da yoxdur,
Dəhnəsi qurumuş bulaqlarımdan.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu