İstəsəm ürəkdən güləmmirəm ki,
Sevdanın dərdini biləmmirəm ki.
Çoxdandır özümə gələmmirəm ki,
Neynəyim, mən indi halı bərbadam.
Yaraya çevrilib xalı, bərbadam.
Varlığa dönəcək bir zaman heçim,
Dostumu tanıyım, düşməni seçim.
Coşub-daşan Kürü mən necə keçim,
Gəmisi dağılmış, salı bərbadam.
Bəyazı qaralmiş, alı bərbadam.
Dedim ki bəxtimi oxu, qaraçı,
O şirin sözlərdən toxu, qaraçı.
Deyəsən bəd gəlir çoxu, qaraçı,
Heç zaman düz çıxmır, falı bərbadam.
Dəymişi yarımçıq, kalı bərbadam.
Kayıt Tarihi : 24.11.2026 09:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!