Göz önündən getməyir ki,
Vüsalıma yetməyir ki..
Istilik bəxş etməyir ki,
Dağlarda qar təbəssümün.
Üzüyə qaş olmasa da,
Gözündə yaş olmasa da.
Mənlə yoldaş olmasa da,
Ruhuma yar təbəssümün.
Ayrılığı bilər məndən,
Yaz yağışı çilər, mən də....
Əfv olunmaq dilər məndən,
Bu günahkar təbəssümün.
Kayıt Tarihi : 26.11.2026 05:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!