Sağalmaz ki mərəzin,
Nədir mənlə qərəzin.
Düz çəkməyir tərəzin,
Ədalət ölçüsüsən.
Soyuq küləklər əsib,
Aranı çovğun kəsib.
Dünyanı yalan basıb,
Həqiqət elçisisən.
Bir azca sus kimisən.
Bir az prius kimisən.
Bir az virus kimisən,
Qorxuram keçicisən.
Yatır amma ayılmır,
Könül səsə bayılmır.
Verdiyin səs sayılmır,
Sən nə cür seçicisən.
Düzü məhv etmək olmaz,
Bunca səhv etmək olmaz. g
Səni əvf etmək olmaz,
Çün günah keçisisən.
Kayıt Tarihi : 6.4.2025 09:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Hayırlı çalışmalar.
TÜM YORUMLAR (1)