Məhəbbət yer üzün daim gəzər də,
Günəş tək nur saçıb ömrü bəzər də.
Uzaqda duraram mən bəd nəzərdən,
Yolumdan dönürəm görəndə gəlir.
Başıma yığılar yar-yoldaşlarım,
Parlayar almazdan ləl daş-qaşlarım.
Mənim gözlərimdən sevinc yaşları,
Səmimi ürəkdən güləndə olur.
Qəm gülün sevərək oxşayaq, nədən
Ömrü dərd içində yaşayaq nədən.
Demə qafiyələr baş-ayaq nədən,
Neynəyim, qəlbimə gələndə gəlir.
Kayıt Tarihi : 24.11.2026 09:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!