Yox olmur insanın heç qayğıları,
Gün-gündən azalır bal uyğuları.
Hər sevən insanın öz duyğuları,
Hər gülün-çiçəyin öz yaraşığı.
Anlayaq,əzizim, bu həqiqəti,
Insan qocaldıqca umur diqqəti.
Alimin elmdir əsl ziynəti,
Şairin, nasirin söz yaraşığı.
Qızıldan tökülər sevgi heykəli,
Qiymətdən düşməz ki almazın-ləli,
Heyranı olduğun nazlı gözəlin,
Bəzəkli simada göz yaraşığı.
25.01.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!