Bir daha sezməzsən gulüm,məni də,
Dağlara tül olan duman, çəni də.
Günlərin birində nədən səni də,
Əlimdən aldılar göz görə-görə.
Fələyin işini tərsinə burdum,
Tək sənin qəlbində yurd-yuva qurdum.
Mən necə dayandım,mən necə durdum,
O lal baxışlarda söz görə-görə.
Ay Sevinc,gəl dayan qaya tək mətin,
Bilirsən, ayrılıq çətindən çətin.
Bu sənin taleyin,sənin qismətin,
Həsrətin zülmünə döz görə-görə.
Kayıt Tarihi : 14.6.2018 19:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!