GÖYDƏN ENƏN QOÇ
Bir nağılı quraşdırıb,
Göydən qoçu endərdilər.
İsmayılın əvəzinə
İbrahimə göndərdilər.
Onda Tanrı deyən bir Türk
Bu gün qoça çox inanır.
Başa düşmək daha çətin
Tanrısını niyə danır.
Yevreylərin uydurduğu
Nağılların sayı çoxdur.
Bu nağıllar Türklər üçün
Göydən bizə gələn haxdır.
Şirin-şirin nağıllara
Xumarlanıb uyan Türküm.
İnancınla dərin yatma
Qəflətlərdən oyan Türküm.
Seyraqif Coculu
Kayıt Tarihi : 27.7.2025 08:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!