Biz dörd yoldaş olub yola düzəldik,
Xəngəlxana adlı bir yerə gəldik.
Oturduq, daqnışdıq, söhbət eylədik,
Dadımlı, doyumli bir xəngəl yedik.
Evdə gözləyirdi məni uşaqlar,
Tez-tez əl edirdi mənə uzaqlar.
İmkan vermədilər çıxıb da gedim,
Gözəl nəvələrin vəslinə yetim.
Orada daha bir məclis qurulmuş,
Ad günü-şad günü qeyd olunurmuş.
Bizi dəvət etdi şəhid atası,
Qəlbində yurd salıb şəhidin yası.
Yetmişi qeyd edən o mərd ağsaqqal,
Yığılıb başına sevənlər dərhal.
Tələbə dostları məclis qurmuşdu,
Məclisin başında Ata durmuşdu.
Biləndə yubilyar şəhid atası,
Afaq da sözünə şəkər qatası.
Qəlbən təbrik etdi Akif müəllimi,
Yarı kədər ilə sıxdı əlini.
Bütün şəhidlərlə fəxr edirik biz,
Oğullar qoyubdur qəlbimizdə iz.
Onların məramı ucadan uca,
Şəhidlər yaşayar dünya durduqca.
Sizin də yerinis başdır, alidir,
Sizin iç dünyanız pisdən xalidir.
Mən də şeir dedim Zəfər haqqında,
Bir az sevinc, bir az kədər haqqında.
Sevinc-Qarabağın azad olması,
Kədər-şəhidlərçün gözün dolması...
Bir sərin meh olub otaqda əsdik,
Sonunda şipşirin tortu da kəsdi.
Sözlərdən hərəmiz bir sağlıq biçdik,
Oturub tort ilə tünd çay da içdik,
Biz də təbrik etdik ol yubilyarı,
Sandım ki olubdur lap gecə yarı.
Qalxaraq düşürdüm hey pillələri,
Üzümdə-gözümdə tər gilələri.
Sonunda Afaqla girib qol-qola.
Minib avtobusa düzəldik yola.
Rəfayə, Pakizə maşınla getdi,
Deyən hamıdan tez evə mən yetdim.
Heyf, boşa getdi təlaş-qınaqlar,
Gördüm ki gəlməyib hələ qonaqlar.
İsti yeməkləri qız hazırılamış,
Mənə ətirli çay dəmləmək qalmış.
Zaman olanları əlimizdən alar,
Bu gözəl xatirə yaddaşda qalar.
Kayıt Tarihi : 30.1.2026 11:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!