Bir daha sezməzsən gulüm, məni də,
Dağlara tül olan duman, çəni də.
Günlərin birində nədən səni də,
Əlimdən aldılar göz görə-görə.
Fələyin işini tərsinə burdum,
Tək sənin qəlbində yurd-yuva qurdum.
Mən necə dayandım, mən necə durdum,
O lal baxışlarda söz görə-görə.
Ay Sevinc, gəl dayan qaya tək mətin,
Bilirsən, ayrılıq çətindən çətin.
Bu sənin taleyin, sənin qismətin,
Həsrətin zülmünə döz görə-görə.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!