Gereyem indi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2848

ŞİİR


15

TAKİPÇİ

Gereyem indi

Sənin həsrətinin mehmanıyam mən,
Gur çayı qurumuş dərəyəm indi.
Bir qəmli baxışın qurbanıyam mən,
Dənizdə tək qalmış bərəyəm indi.

Bir zaman daş-qaşlı zər tac olmuşam,
Nədən qəm-kədərə möhtac olmuşam.
Həsrətdən quruyub qaxac olmuşam,
Bir köhnə,bir boyat çörəyəm indi.

Bağbanı tərk etmiş bir bağam artıq,
Kədərdən bozarmış torpağam artıq.
Budaqdan üzülmüş yarpağam artıq,
Ey fələk,de kimə gərəyəm indi

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:40:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!