Gemiqaya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3325

ŞİİR


23

TAKİPÇİ

Gemiqaya

Tarixlərin yaddaşısan,
Kim deyir ki yad daşısan.
Ən gözəl bir ad daşı sən,
Hanı sənin gəmin, qaya
Gəmiqaya.

Daş qoynundan düz keçərəm,
Gül-çiçəyi üz. seçərəm.
Bir əkərəm, yüz biçərəm,
Münbitliyə zəmin, qaya.
Gəmi qaya

Kimlər oldu sənə qalan.
Gözəl qızın, igid balan.
Azalanda dərdi-bəlan,
Düzələrmi kəmin, qaya.
Gəmiqaya.

Vüsalı həsrət yanlayır,
Arada vüsal danlanır.
Göz önündə hey canlanır,
Həmin məskən, həmin qaya.
Gəmiqaya.

Zülmün boynun vuracaqsan,
Gözəl həyat quracaqsan.
Tarixl boyu duracaqsan,
Azadlığa əmin qaya.
Gəmiqaya.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu