Fərəh, sevinc gəlsin çayla,
Coşub daşsın hay-harayla.
Külək sizə çalsın layla.
Pəncərəni açın, gəlin..
Dərd önündə sərvaxt olun,
Bəyaz tale, ağ bəxt olun.
Ömür boyu xoşbəxt olun,
Qəm-kədərdən qaçın, gəlin..
Demirəm ki riya olun,
Mavi rəngli röya olun.
Başdan başa ziya olun,
Zülmətə nur saçın, gəlin.
Kayıt Tarihi : 27.5.2019 15:33:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!