Dağsan, çəkilməyir eşmən,
Quruyubdur soyuq çeşmən.
Dörd yanımız qarı düşmən,
Eşitməyək qarğış, gedək.
Bir yaş gələr yaşımıza,
Xına çəkər daşımıza.
Göy səmadan başımıza,
Tökülsün min alqış, gedək.
Qış nağılı ömrümüzə,
Xoşbəxt çağlı ömrümüzə.
Qara -ağlı ömrümüzə,
Çəkilsin al naxış, gedək.
Qəm yolunda veyilsən sən,
Ayrılığa meyilsən sən.
Bir damlalıq deyilsən sən,
Min damlaya sığış, gedək.
Duymadılar dərdrimizi,
Soldurdular bədrimizi.
Bilmədilər qədrimizi,
Dur həyatım, yığış gedək.
Kayıt Tarihi : 1.09.2026 05:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!