Feryad Şiiri - Fatima Ahmet

Fatima Ahmet
8

ŞİİR


0

TAKİPÇİ

Feryad

Həyat axıp keçir könlüm gülmədən.
Gün üzünə çıxsam bir gün ölmədən.
✍️✍️
Bir gözümdə çeşmə olub axar yaş.
Acılarla ömrüm tükənməsə kaş.
✍️✍️
Hamı üzdəki gülşə aldanır.
Halımdan bixəbər bəxtəvər sanır.
✍️✍️
Köksüm də,acılardan olub bitap.
Oxusan ömrüm maraqlı bir kitab.
✍️✍️
Bu can artığ fəryadını neyləsin?
Hansı dərdi dağa-daşa söyləsin?
✍️✍️
Yorğun can dua ilə şifalanar.
Ayet ayet oxuduqca saflanar.
✍️✍️
Get gedə gözlərim yaman bulanır.
Ömür göz yaşları ilə sulanır.
✍️✍️
Bu acılar dərindən sıxır məni.
Hərgün biraz daha sərt yıxır məni.
✍️✍️
Bağrım yanır acımla yaxılıram.
Ölüm deyip dünyaya dağılıram.
✍️✍️
Uzaxlara gözüm dalır bir anlıq.
Hara baxsam her tərəf qapqaranlıq.
✍️✍️
Sanki dört divara bağlı məhbus.
Dərtlər ile zincirlənmiş bir cəhsus.
✍️✍️
Qara bəxtimə ahuzar edirəm.
Bu ömrümdən artıx bizar edirəm.
📍Fatima Ahmet
( Beyit) 13.07.2025

Fatima Ahmet
Kayıt Tarihi : 17.7.2025 01:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!