Səninlə xoş gülüb,şirin danışıb,
Dilimi bal kimi qənd eyləyəcəm.
Mən yığıb başıma dostu,tanışı,
Bu kiçik obanı kənd eyləyəcəm.
Sevirəm dumanı,çəni,əzizim.
Saçında gördüyüm dəni,əzizim.
Bilirsən,axırda səni,əzizim,
Döndərib özümə bənd eyləyəcəm.
Mən səni uzaqdan edirəm seyr,
Əzrail fələkdən gözləmə xeyr.
Şəninə yazacam təzə bir şeir,
Qəlbini almaqçun fənd eyləyəcəm.
Kayıt Tarihi : 14.6.2018 19:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!