Qapqara libası qəmin atına,
Geydirib yaraşıq çul eyləmişəm.
Baş vurub sevginin dərin qatına,
Möhnəti bir qara pul eyləmişəm.
Gecəni gözümlə sabah edərək,
Yaşadım ömrümü min ah edərək.
Deyəsən mən böyük günah edərək,
Qəlbini könlümə qul eyləmişəm.
Yazıram qüssəli söz əllərimlə,
Tuturam atəşin köz əllərimlə.
Həsrəti öldürüb öz əllərimlə,
Hicranı əbədi dul eyləmişəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!