Qəlbimin danından səhər açılır,
Günəşin nurundan kölgə qaçılır.
Hey kədər  duyulur, qüssə saçılır,
Hələ yazılmamış nəsr əsərindən.
Bir anda yüz yaşa doldu hicranım,
Ağappaq telini yoldu hicranım.
Saraldı həsrətim, soldu hicranım,
Gecənin çəkdiyi rəsm əsərindən.
Analar dünyaya mərdi gətirdi,
Igid mübarizdi, ərdi, gətirdi.
Sonunda  Qarabağ dərdi gətirdi,
Görən utanırmı əsr əsərindən.
04.03.2019
Kayıt Tarihi : 9.3.2019 09:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
 


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!