El bayatıları Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

El bayatıları

Əzizim say düzümü,
Yox olsun vay düzümü.
Dərd danışmaq istədim,
Gizlətdi ay üzünü.

Əzizim dərdə sarı ,
Yol gedər dərdə sarı.
Adlayıb keçəmməzsən,
Ucadır dərd hasarı.

Əzizim, dərdə çapar,
Dərd olar dərdə çapar.
Namərdə söz göndərrəm,
Dönüb də mərdə çapar.

Su gələr arxa,neynim,
Aşıb da qalxa,neynim.
Səni də zalım fələk,
Möhtac ol xalxa, neynim.

Gecələr bəyaz olsun.
İstəməm ayaz olsun.
Birləşsin dost-qohumlar.
Xan Araz dayaz olsun.

Gün ötdü, ay dolandı,
Səhraya çay dolandı.
Rahat ol, dəli könlüm,
Haraya hay dolandı.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 16:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!