Düzülsün, Allah Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Düzülsün, Allah

Demirəm ömrümü zərnişan eylə,
Qaranlıq gecəni kəhkəşan eylə..
Könlümü fərəhə sən nişan eylə,
Bal röyam düzünə yozulsun, Allah.

Dilimdə deməyə şirin söz olsun,
Könlümdə işaran qızıl köz olsun.
Yollarım həmişə hamar, düz olsun,
Dolaşıq işlərim çözülsün, Allah.

Halımı görənlər “Necəsən” sorur,
Bilirsən, olanlar məni tez yorur,
Yaxşını həmişə pislərdən qoru,
Namərdin ipləri üzülsün, Allah.

Ruzi və bərəkət binəmdə qalsın,
Şeirlər, qoşmalar sinəmdə qalsın.
Həsrət də, hicran da dünəndə qalsın,
Gözdən sevinc yaşı süzülsün, Allah.

Övladdır ananın dərdə dərmanı,
Tezcə yaz əlinlə gözəl fərmanı.
Qızın xoş günündə maşın karvanı,
Buradan o yana düzülsün, Allah.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.5.2020 07:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu