Düzüb gedirler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Düzüb gedirler

Çox qaçdım fələyin əcələsindən,
Əslindən, nəslindən, şəcərəsindən.
Bəzən ümidimin pəncərəsindən,
Mavi-göy buludlar üzüb gedirlər.

Hərdən xatirimə gəlir olanlar,
Qarşımda dayanır gözü dolanlar.
Arzu baxçasından alaq yolanlar,
Üzümə göz yaşı düzüb gedirlər.

Verilib əcələ behiniz sizin,
Dağlarda qalıbdır “Eh”iniz sizin.
Sıraya düzülüb ruhunuz sizin,
Məni qəmli-qəmli süzüb gedirlər.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:31:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!