Deyirler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Deyirler

Bu yol gedir görən hara,
Çəkməyin siz məni dara.
Dünyanın bir üzü qara,
Biri ağdır, deyirlər.

Övlada şərbət içirmək,
Toy edib gəlin köçürmək,
Hər vaxt gözəl gün keçirmək,
Xoşbəxt çağdır, deyirlər.

Nə var burda alçalmalı,
Yaxşı işə əl çalmalı.
Gördüyün o ağ çalmalı,
Uca dağdır, deyirlər.

Ərgənlik yaşına dolan,
Həyat gülü tezcə solan.
Vətən üçün şəhid olan,
Daim sağdır, deyirlər.

Qəbri üstdə güllər əkin,
Su tökün, qayğısın çəkin.
Onun yeri cənnətdəki,
Yaşıl bağdır, deyirlər.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2025 05:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!