Dersin almışam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Dersin almışam

Tale yazan yazını pozan varmı,
Bəd röyanı düzünə yozan varmı,
Bu dünyada mənimtək ozan varmı,
Dərd əliylə qəm sazını çalmışam.

Salmadım ki bir özgəyə meyli mən,
Fərəh satdım, kədər aldım xeyli mən.
Ən müasir Nigar mənəm, Leyli mən,
Biyabanda tərki-dünya qalmışam.

Bir yaxınlaş, göz yaşını mən silim,
Sənsiz boşdur olacağım, mənzilim.
Demə yoxdur mənim ali təhsilim,
Ayrılıqdan həyat dərsin almışam.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu