Uymadım insafə, yox,
Hər kiçik məsamə ox.
Arada məsafə çox,
Bilirəm, fərqindəyəm.
Başı qeylü-qaldasan,
Bəyazdasan, aldasan.
Ən uzaq Şimaldasan,
Ən yaxın Şərqindəyəm.
Duyğuların yox sayı,
Çox azdır fərəh payı.
Daşıb ayrılıq çayı,
Sulara qərqindəyəm.
Mizrabsız sazmışam mən,
Çiçəksiz yazmışam mən.
Yolumu azmışam mən,
Həsrətə təlqindəyəm.
Sürüşür eynəyim də,
Böyükdür köynəyim də.
Sən mənim göynəyimdə,
Mən sənin dərdindəyəm.
Kayıt Tarihi : 14.07.2026 05:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!