Necə də tuş gəlsəm töhmət-qınağa,
Mən ki yox demədim vaxtsız qonağa.
İndi dözümümü çəkib sınağa,
Sənin yoxluğuna dəniz kükrəyir.
Məhəbbət özündə məna daşıyır,
Sevilən sevənlə birgə yaşıyır.
Ayağım üşümür, könlüm üşüyür,
Amansız həsrətdən necə titrəyir..
Yığıb da başına dostu-tanışı,
Bilirsən dalğalar nədən danışır?
Eh, bütün küsənlər çoxdan barışıb,
Xəyalın gözümdən bir an itməyir.
Kayıt Tarihi : 18.3.2020 12:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!