Darıxıram ben Şiiri - Sevinc Arzulu

Şiir Yarışması
Sevinc Arzulu
2972

ŞİİR


20

TAKİPÇİ

Darıxıram ben

Eh, kənddən şəhərə ayaq alıram,
Şəkərdən zəhərə boyaq çalıram,
Gecədən səhərə oyaq qalıram,
Gündüzün nuruyçun darıxıram mən.

Könül İlahidən de, nə istəsin,
Bir həzin şeiririn lirik bəstəsi.
Olmuşam illərdir muğam xəstəsi,
Alimin Şuruyçun darıxıram mən.

Dünya ayrılıqdan deyəsən tox ki,
Verdiyi acılar o qədər çox ki.
Karantin vaxtında kimsələr yox ki,
İnsanın guruyçun darıxıram mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:15:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!