Çöküb oturdum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Çöküb oturdum

Sevib sevilməyin əlifbasını,
Sən kimdən öyrəndin,sən kimdən axı.
Özünə çəkərək nur ziyasını,
Niyə ildırım tək sən çaxdın axı.

Səadət ocağı yanan deyilmiş
Üstünə odun at, lap benzin də tök.
Onsuz da dərdini qanan deyilmiş,
Istəsən önündə yarın sən diz çök.

Eh, mən neçə dəfə diyirlənmişəm,
Zamanın amansız daş pilləsindən.
Üzümə vuranda sehirlənmişəm,
Donub da qalmışam yaş şilləsindən.

Sevib ayrılığın son hecasını,
Eləcə önünə bir “İ” atmışam.
Dar edib başına daş bacasını,
Beləcə bir dünya mən yaratmışam.

Bu fani dünyanın ən safı sənsən,
Istədim aldadam, dilim gəlmədi.
Bəlkə insafsızın insafı sənsən,
Insaf mənim üçün uca kəlmədi.

Neçə yol axtarıb aradım səni.
Sonunda dizüstə çöküb oturdum
Telini əlimlə daradım sənin,
Qəlbimin ilməsin söküb oturdum.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.5.2020 08:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu