Igid , mərd ər kimi dayandın postda,
Topuna nişangah seçirdin usta.
Mehriban, səmimi tanışdan-dostdan,
Təsəvvür etmədin kənar ömrünü.
Neçə il sən ayrı düşdün Vətəndən,
Sən oldun dar gündə haya yetən də.
Xatirə yazılıb olub-bitəndən,
Oxuyan min dastan sanar ömrünü.
Dostların həmişə adını anar,
Sənin yoxluğuna könüllər yanar.
Ikinci adın da gözəldi: Çinar,
Özün də yaşadın Çinar ömrünü.
Kayıt Tarihi : 25.2.2021 05:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!