Soyuğunu isti, bürkü eyləyim,
Ürəyini sözün mülkü eyləyim.
Əbədilik özümünkü eyləyim,
Gəl sənicə keçirdim öz yaxamdan.
Sən həmişə mənə gərək olmusan,
İsti, dadlı şirin çörək olmusan.
Mənim kimi sən də kövrək olmusan,
Eh, ürəyin nazik imiş yuxamdan.
Xəyal kimi gözümdən getməyirsən,
Kərəm kimi murada yetməyirsən.
Gündüzləri burnumda titrəyirsən,
Gecələri boylanırsan yuxumdan.
Gəl mən sənə bilmədiyin sirr verim,
Sənsən mənim çinar boylu sərvərim
Dayanmayır, hey fırlanır məhvərin,
İstəyirsən mən də çıxım oxumdan.
İndi mənim arzularım qürbətdə,
Ümidlərim göyərmədi zülmətdə.
Bir gün əgər ğörüşərsək cənnətdə,
Tanıyarsan məni çiçək qoxumdan.
Kayıt Tarihi : 7.5.2025 06:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!