Çen deme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Çen deme

Fələk özü uçurubdur səddimi,
Qandırıbdır ahəstəcə həddimi.
Zalım həsrət əyib mənim qəddimi,
İnsafsızca iki bölüb sən demə.

Dərd gətirər gecələrin uzunu.
Əritməz ki ayrılığln buzunu.
Gözüm görmür, itirmişəm huzuru.
Bir işıqlı kölgə imiş çən demə.

Ay da yerə nurunu saçıb gedib,
Yar yarına qəlbimni açıb gedib.
Hamı çoxdan irəli qaçıb gedib,
Geridəyəm zəmanədən mən demə.

Həqiqətin yeri isti qumsalmış,
Dediyinin hər biri zərb-misalmış.
”Ayrılıq var sonu şirin vüsalmış”,
Ayrılıq var ölüm ilə tən demə.

Qanununu gəl bu qədər sərt etmə,
Pozanları yamanlayıb pərt etmə.
Sən ay Sevinc, heç özünə dərd etmə,
Yaraşıqmış sarı telə dən demə.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.7.2025 10:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!