Cellad Şiiri - İlham Qahraman

İlham Qahraman
10

ŞİİR


0

TAKİPÇİ

Cellad

Mə mmə d Nazimoğluna
1
Baltana nə zə r də ymə sin,
Başım üstə duran cə llad.
Kötüyün qansız olmasın,
Başım üstə duran cə llad.

Ovxar çə kə r daş baltaya,
Nə deyə rlə r boş baltaya? !
Gör gə lirmi baş baltaya,
Başım üstə duran cə llad.

Yaman yerimdə haxladın,
Gə ldin, gə ldin ə l saxladın...
Ə zrayılı qabaqladın,
Başım üstə duran cə llad.
2
Ev-eşiklə halallaşıb,
Durub biryolluq gə lmişə m.
Öz babalım, öz boynumdu,-
Fə rmanı qollu gə lmişə m

Sə n baltadan zə hmlisə n,
Zə hmin bürcdə daş tə rpə dir.
Gə rə k sə nə xə rac verə
Kim ölkə də baş tə rpə dir.

Nə görə cə k kötüyün var...
Qismə tdə n hara qaçılır? !
Sə hə r üstə baş kə silir,
Günorta süfrə açılır.

Sə n bu işin pə rgarısan,
İllə rdi külüng vurmusan.
Saymısanmı bu günə cə n
Nə qə də r ilik vurmusan? !

Heyif!
Bu baş çox cavandı,
Sevgilisi yas tutacaq.
Allah bu baltanı kə ssin,
İşlə mə sə pas tutacaq.

Kimdi sə ndə günah görə n...
Zaman özü görk elə yir.
Balta yaranandan
şair
Boğazına yeriklə yir.

İnsafını yerə qoyma,
Şaxı güldə n ayırırsan.
Güzgü ver - daransın baxsın,
Başı ə ldə n ayırırsan.

Bu başdan zülüm çə kmişə m,
Onu kefinə n vurarsan.
Bircə baltanı düz saxla,
Çaşıb küpüynə n vurasan.

Bir az ehmal ol,
boğazım
Udqunanda çə nçimə sin.
Başımı elə sivir ki,
Canda ruhum incimə sin.

Bir belə balta yendirdin –
Yenə bu baş çapılmadı.
Mə n sə ndə n zalım olardım,
Mə nə balta tapılmadı.

Mə n baş yendirim, sə n balta,-
Budur bə lli ə hvalımızş
İndi hamımız cə lladıq –
Sə nsə n ə libaltalımız.
Yanvar, 2005

İlham Qahraman
Kayıt Tarihi : 16.5.2011 09:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

İlham Qahraman