Candan sevmişim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Candan sevmişim


Zaman, nəbzin vurur ürəklər kimi,
Xəyalım uçmaz ki küləklər kimi.
Sənin ilk sevgilin mələklər kimi,
Təəssüf, o gözəl mən deyilmişəm.

Ilahi qoymadı sevgidən dadam,
Nə mən sonuncuyam, nə sən ilk adam.
Gah sənə həmdəməm, gah sənə yadam,
Özüm də bilmirəm hara düşmüşəm.

Ayrılıq, yanımdan keç, qanmamışam,
Alovu cismimdən seç, yanmamışam.
Səmimi duyğunu heç sanmamışam,
Mən səni ürəkdən, candan sevmişəm.
17.07.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 19.7.2018 08:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu