Çalışma Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Çalışma

ÇALIŞMA

Burax nifrəti, kini
Pis olmağa çalışma.
Içimdəki sevgini,
Öldürməyə çalışma.

Sənə məhəbbətimi.
Qəlbimdə dəfn edərəm.
Qaraltsan aləmimi,
Uzaqlaşıb gedərəm.

Nə gözün məni görməz,
Nə harayın yetişməz.
Əllərim çələng hörməz,
Qulaq nifrin eşitməz.

Gəlmə, könül qapısı
Tay-tay açıq olsa da.
Yox özəl bir tapusu,
Rəngi bir az solsa da.

Nə sən bunca uşaqlaş,
Nə də mən ana olum.
Ayrılıqdan uzaqlaş,
Yaxın gəlməsin ölüm...
20.12.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2018 15:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu