İki dövlət bir millətik düşmənin qorxusu çox
Bilirik Türk’ün Türkdən başqa heç qardaşı yox
Türk Türk’ün uğrunda hər zaman verər can
Yaşa yaşa sən çox yaşa can Azərbaycan
Azərbaycan deyəndə axan sular durular
And içirəm ki bir gün Turan birliyi qurular
Qardaş qardaş üçün hər vaxt verər can
Yaşa yaşa sən çox yaşa can Azərbaycan
Qarabağ’da Azərbaycan bayrağı asılır
Sevinci bütün Türkiyə’yə yayılır
Azərbaycan naminə can verib alarıq can
Yaşa yaşa sən çox yaşa can Azərbaycan
Qanımız birdir,dilimiz bir, sözümüz birdir,canımız bir
Şimal cənub birdir, böyük Azərbaycan bir
Şanlı bayraq xatirinə əzəmətli torpağa düşər bir can
Yaşa yaşa sən çox yaşa can Azərbaycan
Azərbaycan torpağı bölünməz bir bütündür
Türk’ün ayaq basdığı hər yer daim Türkündür
Cənubi Azərbaycan’ın istiqlalı xatirinə verilsin can
Yaşa yaşa sən çox yaşa can Azərbaycan
Kayıt Tarihi : 12.6.2025 16:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!