Bürüncdümü Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Bürüncdümü

Yaradanın hikmətindən,
Qaçammadın töhmətimdən.
Bezmişdin söz-söhbətimdən,
İndi qulağın dincdimi.

Qəlbə başqa ad istərsən,
Doğma deyil, yad istərsən.
Şirin yox, turş dad istərsən,
Əlindəki zirincdimi.

Qayaüstü qazıldımı,
Müqəddəs ad yazıldımı.
Hər parlayan qızıldımı ,
Gümüşdümü, bürüncdümü.

Mənə hər şey olur əyan,
Uzaqlara getmə, dayan.
Qərib eldə yoxdur sayan ,
Məclisdə yerin küncdümü.

Dərd sapına düzülmə sən,
Ayrılığa üzülmə sən.
Nədən güldün üzümə sən,
Dediklərim gülüncdümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.09.2026 05:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!