Ürəyimdə həsrətinin yeri var,
Bu sevgini məndən alma, İlahi.
Yağmasın üstünə nə yağış, nə qar,
Bu sevgini məndən alma, İlahi.
Ürəyimdə bir sirr kimi saxlanar,
Qızılgül tək ətirlidir.qoxlanar.
Qorxuram ki nəzər dəyə,oxlana
Bu sevgini məndən alma, İlahi.
Sevgi nədir? Bilməmişdim elə bil,
Qəm-kədəri silməmişdim elə bil.
Sidq ürəkdən gülməmişdim elə bil,
Bu sevgini məndən alma, İlahi.
Nə tez keçir günün, ayın sürəti,
Görməsəm də gözümdədir surəti.
Qəlbini açmağa yoxdur cürəti,
Bu sevgini məndən alma, İlahi.
Şair deyər gülsün üzə səadət,
Mənlə olmasa da qoy olsun xoşbəxt.
Vüsala yetməyir əsl məhəbbət,
Bu sevgini məndən alma, İlahi.
Kayıt Tarihi : 9.12.2023 08:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!