Yer üzündən qoparam,
Buludlara hoparam.
Mən səni tez taparam.
Bir anda, su içimdə.
Iki övlad anası,
Kül oluban yanası
Mən sonalar sonası,
Yaşaram qu biçimdə.
Kimdir eşqi gizlədən,
Ürəyini közlədən.
Yaraşarıq sözlə mən,
Bu boyda, bu biçimdə.
Kayıt Tarihi : 9.6.2018 17:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!