Ana içeriğe atla

Bölek, dostum Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3861

ŞİİR


29

TAKİPÇİ

Bölek, dostum

Dərd əlindən üzülməyək,
Qəm sapına düzülməyək.
Göz yaşı tək süzülməyək,
Fərəh hissin bölək, dostum.
Gəl sevgidən ölək, dostum.

Pozaq ömrün hədərini,
Yox eyləyək kədərini.
Məhəbbətin qədərini,
Qiymətini bilək, dostum.
Gəl sevgidən ölək, dostum.

Ağlamaqdan nə çıxar ki,
Qəm evmizi tez yıxar ki.
Fərəh seli gur axar ki,
Hətta gülsün fələk, dostum.
Gəl sevgidən ölək, dostum.

Daha gizlət göz yaşını,
Qara rəngli qaş-daşını.
Məğrur, uca tut başını,
Qoşa gedib-gələk, dostum.
Gəl sevgidən ölək, dostum.

Yaş gələr yaşımız üstünə,
Daş gələr daşımız üstünə.
Bir bax,başımız üstünə,
Qanad çalır mələk, dostum.
Gəl sevgidən ölək, dostum.

Sevinc Arzulu
Kayıt Tarihi : 24.11.2026 09:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!