Göy səmada uçan durna qatarı,
Söylə görüm,bizim ellər yerində.
Daha yoxdur ürəyimin tutarı,
Söylə görüm, bizim ellər yerində.
Görünməyir bu dağların ucası,
Uçub evlər,yox qapısı,bacası.
Qalmayıbdır nə cavanı,qocası
Söylə görüm, bizim ellər yerində.
Fələk mənim sönməyimi gözləyir,
Göydən yerə enməyimi gözləyir.
Vətən mənim dönməyimi gözləyir,
Söylə görüm, bizim ellər yerində.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2025 08:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!