Bitib keçdim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2442

ŞİİR


10

TAKİPÇİ

Bitib keçdim


Tanıdıblar pis səni,
Qaraldıbdır his səni.
Sənlə bağlı hissəni,
Sadəcə ötüb keçdim.

Fələk verməz aman ki,
Halım elə yaman ki..
Gəldi elə zaman ki,
Gözündən itib keçdim.

Demə ki mənsizlədin,
Dağ idin, çənsizlədin.
Sonunadık izlədin,
Film idim, bitib keçdim.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.10.2019 15:47:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!