Əzizim,günəş tək çıx,aləmi min rəngə boya,
Can alan gözlərindən sevən aşiq çətin doya.
Xəyala qərq oluram, uzaqlaşır məndən röya,
Sayıram ulduzları,yata bilmirəm gecələr.
Sənsiz nə səhər açmaz,nə də dan yeri sökülməz,
Nə narın yağış yağmaz,nə səmadan qar tökülməz.
Göz önündən,gözəlim,rəsmi-surətin çəkilməz,
Bir anlıq vüsalına çata bilmirəm gecələr.
Kədərdən,qəm-möhnətdən daima uzaq qaçılar,
Səni görsəm qəlbimə parlaq işıq,nur saçılar.
Istərəm ki zülmətin rəngi bir azca açıla,
Qaraya bəyaz rəngi qata bilmirəm gecələr.
Mənim könül bağıma sən gətirdin duman,çəni,
Özgəni yaxşı gördün,süzəmmədin təkcə məni.
Görüşməsək də çoxdan,yaddan çıxartmıram səni,
Surətin göz önündən ata bilmirəm,gecələr.
Sevinc,doğma vətənin sevib-sevənlər ölkəsi,
Sənə bəsdir sevdiyin aşiqi-yarın kölgəsi.
Qovuşur sevdiyinə,nakam qalmır bir özgəsi,
Mən vüsal dəryasında bata bilmirəm gecələr.
Kayıt Tarihi : 16.6.2018 10:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!