Bilirsenmi ezizim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3738

ŞİİR


28

TAKİPÇİ

Bilirsenmi ezizim


Bilirsənmi saçlarıma dən düşüb,
Daha qızıl rəngdə deyil, əzizim.
Xəyalıma duman düşüb,çən düşüb.
İş bir anlıq zəngdə deyil, əzizim.

Zəng edərsən tənha qəlbim sevinər,
Düşünərəm məni anan var imiş.
Fikirlərim yığışar öz evinə,
Kədərimə mən tək yanan var imiş

Düşünərəm artlq bitdi inrtizar,
Açıq olar ürəyimin qapısı.
Durnalarla qaylıdarsan bu bahar,
Uçub gedər dərdlərimin hamısı.

Qəm ladını əbədilik silərəm,
Pianoda şən havalar çalaram.
Haqdan sənə xoş arzular dilərəm,
Sənli günün qadasını alaram.

Hey üzərəm arzuların qoynunda,
Sarı sünbül dəstələri bağlaram.
Uduzmaram fələk ilə oynumda,
Sevincimdən dəli Kür tək çağlaram.

İnciyərəm başqasına göz etsən,
Əldə blçaq gözlərini oyaram.
Olanından keçənindən söz etsən.
Çətin gözəl söhbətindən doyaram.

Bilirsən ki istəyirəm xətrini,
Sənlə bağlı qəlbimin hər guşəsi.
Baxçamızda duyuram xoş ətrini,
Əslkik olmaz koldan qız bənövşəsi.
28.09.2025.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.10.2025 10:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!