Bextiyar ol Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Bextiyar ol

Ümidlərin puç olmamış,
Arzuların heç olmamış sanki sənin.
Ayrılığa qovuşduğun an ki sənin.
Söylə görüm ağrıların səngidimi?
Sənə doğru gələn fələk yol üstündə ləngidimi?

Ləngidimi .Həyəcanın aram olsun?
Səni bu dərdə salana haram olsun.
De, düşübmü ayrılığın
ayaq izi bu qumsala?
Axı neçə qiymət verək,
Baxın, necə ziynət verək
Həllolunmaz bu misala.

Zərb-məsəlin yeridimi,
Həqiqətin geridimi yalanından.
Baç aça da bilməyirəm əyri,
Dolam dalanından.

Irişəcəm üzünəcə
Ilişəcəm sözünəcə
Girişəcəm həsrətinə bədduaya.
Kimsə çəkə bilməzdi ki sədd duaya.

Nə haqqımı yada verdin.
Nə doğrunun gül açdığı,
Nə yalanlın kül saçdığı.
Dünyamızı bada verdin.

Eh, ay şair,
Səni var ol,
Ömür boyu bəxtiyar ol.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:32:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!