Batan adamam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Batan adamam

Sayrışan ulduzu gözünüz bilin,
Sərin əsən mehi sözünüz bilin.
Mənə nə deyirsiz özünüz bilin.
Məhəbbət köşkündə yatan adamam.

Günəşin nuruna boyanıb qalxım.
Səhər yuxusundan oyanıb qalxım.
Şirin ləhcəsinə dayanıb qalxım
Xatirə nuruna batan adamam.

Yolumu ən uzaq səhraya sallam,
Gələnə yox deyib gedənlə qallam.
Kədəri dollarla versələr,allam
Fərəhi havayı satan adamam.

Ayrılıq önümdə alaçıq qurub,
Vüsala şilləni apaçıq vurub.
Gündüzlər röyadan yarımçıq durub,
Gecələr xəyala batan adamam.

Zamanı eşikdə qorxulu görüb,
Dumanı keşikdə qoxulu görüb,
Hicranı beşikdə yuxulu görüb,
Addımın astaca atan adamam.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu