Başımdan çıxmır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Başımdan çıxmır


Solmuş qızılgülü iynəyim ki mən?
Həsrət acısından göynəyim ki mən?
Öl desə ölərdim.Neynəyim ki mən,
Vüsalın sevdası başımdan çıxmır.

Eh, kimə lazımam qocalmış halda,
Tərsinə oxuyur qoyduğum val da.
Gəzim ayaqyalın təpədə, yalda
Neynim, çörəkpulum daşımdan çıxmır.

Yaxın gəl ay mənim başıbəlalım,
Qurtarmaz əzabım,bitməz məlalım.
Gecə də, gündüz də fikrim-xəyalım,
Etiraf edirəm:”Kaş”ımdan çıxmır.

Yağmur üzə gülür saf elçin kimi,
Arabir qar atır ağ əlçin kimi.
Bulud qonub qalıb göyərçin kimi,
Sıldırım qayanın qaşından çıxmır.

Tezcənə yandırım sönən ocağı,
Barı isindirsin küncü-bucağı.
Qurudum gərək mən bu oduncağı,
Atəşin od-alov yaşından çıxmır.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 18:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu